Avtonəqliyyat vasitələrinin ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib
Nazirlər Kabinetinin 27 noyabr tarixli qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib. Hökumətin qərarı dekabrın 10-da rəsmi mətbuatda dərc edilib.
Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən Turan-a bildirilib ki, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər. Hazırda onların siyahısı hazırlanır.
Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırması nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azsertcenter” MMC və “TexnoSert” MMC-dir.
Qeyd edək ki, bu şirkətlər bu il 5-10 manat nizamnamə kapitalı ilə təsis ediliblər.
Təhlükəsizliyi təmin olunmalı malların siyahısı 1993-cü ilin iyununda təsdiqlənib və 1994-cü il yanvarın 1-dən qüvvəyə minib. Bura əsasən insan sağlamlığına birbaşa və dolayısı ilə təsir edən ərzaq məhsulları, həmçinin qeyri-ərzaq məhsulları daxildir.Qeyd edək ki, bu sənəd ictimaiyyətə açıqlanmayıb. 08B
-
- İqtisadiyyat
- 11 Dekabr 2015 13:43
-
- İqtisadiyyat
- 11 Dekabr 2015 13:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz