AZALın inhisarçılığı istehlakçıların maraqlarına ziddir
“Azerbaijan Airlines” aviaşirkəti bu ilin 2 ayında 230 min sərnişinə xidmət edib. Bu, ötən ilin eyni dövründəkindən 3% çoxdur. Bu zaman bu sərnişinlərin daşınması üçün aviaşirkət hava məkanında 16,9% çox uçmalı olub.
Müstəqil müşahidəçilər qeyd edir ki, beynəlxalq xətlər üzrə çevik tarif rejimi olsaydı, AZAL daha çox sərnişin daşıya bilərdi: şirkət inhisarçı mövqeyindən istifadə edərək rəqibləri olmayan bir çox istiqamətlər üzrə yüksək tariflər tətbiq edir. AZAL yerli bazara turistlər, tələbələr və digər sərnişin təbəqəsi üçün əlverişli olan ucuz ekonom paketlər təklif edən bəzi xarici şirkətlərin yerli bazara daxil olmasına mane olur.
Dövlət Mülki Aviasiya Administrasiyası, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azerbaijan Airlines” aviaşirkətinin hərəkətlərinə reaksiya vermir.
2014-cü ilin II rübündən aviaşirkət dövlət orqanlarına maliyyə fəaliyyəti ilə bağlı statistik məlumatları vermir. Ona görə rentabelli işləyib-işləmədiyi məlum deyil. 2014-cü ildə yerli aviaşirkətlər daşınan sərnişin sayı üzrə rekord vurub - 1790,4 min (+7,6%). Sərnişinlərin 99,9%-i AZAL-ın payına düşür.
Digər şirkət isə “Silk Way Business Aviation”dur. Ötən il “Turan Air” aviaşirkəti “radardan itib”. Hər iki şirkət “Silk Way Holding” şirkətlər qrupuna daxildir. 08B.
-
- İqtisadiyyat
- 8 Aprel 2015 18:03
-
- İqtisadiyyat
- 8 Aprel 2015 18:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz