Azərbaycan neftin barrelini $57-a ixrac edib
Azərbaycan 2015-ci ilin yanvar-sentyabr aylarında 24 mln 943 min 952,92 ton neft ixrac edib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,9% azdır.
Dövlət Gömrük Komitəsinin sayğaclarına görə, bu dövrdə ixrac həcmi belə olub:
- Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 20 mln 334 min 832,7 ton (həmçinin “Şahdəniz” yatağından 1 mln 547 min 386,83 ton qaz kondensatı);
- Bakı-Supsa neft kəməri ilə 3 mln 174 min 573,2 ton;
- Bakı-Novorossiysk neft kəməri ilə 1 mln 17,004 min ton;
- dəmir yolu ilə Gürcüstan limanlarına 417 min 543,02 ton.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $6 mlrd 814 mln 606,27 min məbləğində neftin bəyan edilmiş həcmi 16 mln 116 min 881,28 ton təşkil edib. Yəni Azərbaycan neftinin orta ixrac qiyməti 1 ton üçün $422,82 və ya 1 barrel üçün $57,14 olub.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $576 mln. 623,16 min məbləğində 1 mln. 628 min 6,69 ton neft məhsulu ixrac olunub.
* 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $101–12В--
-
- Cəmiyyət
- 19 Oktyabr 2015 13:35
-
- Söz istəyirəm
- 19 Oktyabr 2015 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz