Bakı mağazalarında spirtli içkilər yoxa çıxıb
Paytaxtın ticarət şəbəkələrində spirtli içkilər yoxa çıxıb. Bu, spirtli içkilərin kredit kartları vasitəsilə satışı barədə hökumətin yeni qaydaları ilə bağlıdır.
Xatırladaq ki, ötən il dekabrın əvvəllərində dövlət başçısı Azərbaycan ərazisində aksiz mallarının – spirtli içkilər, pivə və tütün məmulatlarının satışı qaydalarını təsdiqləyib.
Bundan sonra bu məhsulların topdansatış və pərakəndə satışının nağd yolla ödənişi qadağan edilir. Yəni, yanvarın 1-dən spirtli içkilərə görə ödənişi kartlar vasitəsilə həyata keçirmək lazımdır.
Ancaq bu qaydalar qüvvəyə minəndən 10 gün sonra mağazalarda spirtli içkilər yoxa çıxıb. Heç kartla almaq da mümkün deyil.
İri supermarketlərdən birində Turan-ın sualına cavab olaraq bildirilib ki, onlara göstəriş verilib ki, spirtli içkiləri yığışdırsınlar. Ticarətin nə zaman və hansı şərtlərlə bərpa olunacağı məlum deyil.
Başqa bir mağaza sahibi də bildirib ki, spirtli içkilərin satışı ilə bağlı yeni qaydalardan heç nə anlamır. “Əvvəlcə dedilər ki, 50 manata qədər nağd pulla satmaq olar, indi də deyirlər satmayın, gözləyin. Biz də gözləyirik, ama bilmirik ki nəyi gözləyirik”.-02B-
-
- İqtisadiyyat
- 11 Yanvar 2016 12:57
-
- İqtisadiyyat
- 11 Yanvar 2016 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz