Valyuta bazarı iflic vəziyyətinə düşüb
Bakıda dollar və avro satışı praktik olaraq dayandırılıb. İstirahət günlərində olduğu kimi, bazar ertəsi də valyutadəyişmə məntəqələri bağlı olub.
Banklar valyuta satmırlar, halbuki, formal olaraq lövhələrdə Mərkəzi Bankın rəsmi məzənnəsi göstərilib.
Plastik kartlardan da xarici valyuta çıxarmaq mümkün deyil. Hətta kartdan valyuta çıxarılması zamanı 4% komisyon müəyyən edildikdən sonra bankomatlardan dollar və avro çıxarmaq mümkün deyil. Faktiki olaraq valyuta bazarı iflic vəziyyətinə düşüb.
Valyuta ajiotajı ərzaq və siqaretin qiymətinin artmasına səbəb olur. İdxalçılar riskləri sığortalamağa can ataraq qiymətləri qaldırırlar.
Valyuta spekulyasiyasına və qiymətlərin süni artımına qarşı qətiyyətli mübarizə ilə bağlı ölkə prezidentinin prokurorluğa və müvafiq qurumlara dünənki tapşırığından sonra da vəziyyət dəyişməyib.
Bu arada “qara bazar”da canlanma yaranıb. Dollar 1,9-2 manata, avro 1-2,1 manata satılır.
AMB-nin yanvarın 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1,5642 manat, 1 avro 1,7009 manatdır. Həmin məzənnə yanvarın 11-də də elan edilib.—06D—
-
- İqtisadiyyat
- 11 Yanvar 2016 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz