- İqtisadiyyat
- 2 Noyabr 2012, 15:59
- 105
Bakıda 40-dan çox qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib
“Təmiz Şəhər” ASC-nin mütəxəssisləri beynəlxalq məsləhətçi şirkətlə birgə Bakı şəhərində qeyri-qanuni tullantı sahələri müəyyənləşdirib. Məlum olub ki, şəhərin 8 rayonunda hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi var.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə Turan-a deyiblər ki, bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib. Bu günlərdə qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə müvafiq İş Planı tərtib olunub. Artıq zibilin zərərsizləşdirilməsi məqsədilə tullantılar Balaxanı poliqonuna daşınır. Bu günə kimi 200 min tondan çox tullantının poliqona daşınması təmin edilib. Hazırda Binə Ticarət Mərkəzi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin ləğv edilməsi üzrə işlər aparılır.
«Təmiz Şəhər» ASC Dünya Bankı tərəfindən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində maliyyələşdirilir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz