BankBTB-nin onlayn ödəniş səhifəsi
“Bank BTB” “AzeriCard” Prosessinq Mərkəzi ilə birgə Onlayn ödəniş səhifəsini istifadəyə verib. Bu barədə mərkəzin məlumatında qeyd edilir.
Azərbaycan Beynəlxalq Bankı yanında Prosessinq Mərkəzinin məlumatına görə, bu xidmət banka getmədən “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Plastik kart balansına vəsaitlərin mədaxili”əməliyyatları 24 saat real vaxt rejimində asan, operativ və etibarlı olaraq həyata keçirmək imkanı yaradır.
Хidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılır. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları üç fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 5 May 2015 14:07
-
- Cəmiyyət
- 5 May 2015 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz