Kənd təsərrüfatı ETİ-lərində dəyişiklik
Nazirlər Kabinetinin 17 aprel tarixli №109 qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzi və onun elmi tədqiqat institutlarının adları dəyişdirilib. Təkmilləşmə zamanı4 ETİ-nin fəaliyyəti dayandırılıb.
AAEM Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb. Əkinçilik İnstitutu və Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu ilə Baytarlıq İnstitutu birləşdirilərək Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılıb.
İpəkçilik İnstitutunun şöbə və laboratoriyaları Heyvandarlıq İnstitutu və Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu arasında bölünüb. Pambıqçılıq İnstitutu da ikinciyə birləşdirilib. Aqromexanika İnstitutu Dövlət Aqrar Universitetinin tabeliyinə verilib. Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi yanında daha 4 ETİ var.
2015-ci il Azərbaycanda «kənd təsərrüftaı ili» elan edilib. Rayonların hamısında Kənd Təsərrüfatı Nazirliyinin idarələri yaradılıb. 08B
-
- Cəmiyyət
- 5 May 2015 13:59
-
- İqtisadiyyat
- 5 May 2015 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz