Banklar xarici valyuta ilə kreditə üstünlük verir
Avqustun 1-də Azərbaycan banklarının manatla orta kredit dərəcəsi 13,97% (1 yanvarda 13,81% olub) təşkil edib. Dollarla bu göstərici 12,73% (1 yanvarda 14,07%) olub. Yəni banklar xarici valyuta ilə kreditə üstünlük verir.
AMB-nin saytının məlumatında deyilir ki, hüquqi şəxslərə manatla verilən kreditlərin dərəcəsi 1 avqust 9,87% (1 yanvarda 9,99%), dollarla verilən kreditlərin dərəcəsi 8,83% (9,18%) təşkil edib.
Fiziki şəxslərə manatla kreditlər 18,29%-lə (18,53%), dollar və başqa valyuta ilə 21,46%-lə (21,52%) verilib, real dərəcə 55,26% təşkil edib.
Xatırladaq ki, AMB iyulda uçot dərəcəsini 3%-ə endirib. Məqsəd kreditlərin ucuzlaşmasıdır. Amma göründüyü kimi, banklar bu məsələdə maraqlı deyil və bunu xərclərin çoxluğu ilə izah edirlər. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz