Dövlət sektorunda sənaye istehsalının artım tempi özəl sektordakından yüksəkdir
2013-cü ilin 10 ayında Azərbaycanda sənaye istehsalının həcmi 28 mlrd manat olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 1,5% çoxdur və neft sektorunda 1% artım hesabına təmin edilib.
Dövlətstatkomda Turan-a bildiriblər ki, qeyri-neft sektorunun xüsusi çəkisi 10 ayda 5,5 mlrd manatla 19,7% təşkil edib. Qeyri-neft sənayesi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 2% artıb.
Dövlət sektorunda sənaye istehsalı 5% artıb və 10 ayda 5,2 mlrd manat təşkil edib. Sənaye sektoru 2013-cü ilin 10 ayında ÜDM-in 46,3%-i (22 mlrd manat) qədər olub.
Hasilat sənayesi ümumi məhsulun 74,4%-i (20 859 mln manat) təşkil edir. İlin əvvəlindən burda artım 0,8% olub.
Emal sənayesində istehsal artımı (5,6 mlrd manat) 5% təşkil edib. Yeyinti sənayesinin payı (3,7%) emal sektorunun payı 38,5%-dir (2 150 mln manat). Neft məhsulları istehsalı 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,1% artaraq 1 737 mln manat olub.
Son 5 ildə Azərbaycanda qeyri-neft sektorunda onlarla sənaye müəssisəsi istifadəyə verilib. Onların çoxu hökumətdə təmsil olunan oliqarxlara və dövlət başçısının ailəsinə məxsusdur. Statistik məlumatlar göstərir ki, hasilat sənayesi nəzərə alınmadan sənaye istehsalının formalaşmasında özəl şirkətlərin payı cüzidir. Bəlkə də, statistikanın hələlik bu müəssisələrə «əli çatmır». --08D—
-
- Siyasət
- 18 Noyabr 2013 10:24
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 10:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz