DSMF-nun özünümaliyyələşdirməsi olacaqmı?
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tam özünümaliyyələşdirməyə keçəcək.
Milli Məclisdə DSMF-nin 2015-ci il üçün büdcə layihəsinin dinləməsinin ikinci blokunda çıxış edən parlamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, fonda dövlət ayrılmaları tədricən azalacaq. Belə ki, dövlət büdcəsindən sosial müdafiə fonduna transfertlər gələn il cari illə müqayisədə 42 mln manat azaldılacaq. Buna səbəb ilk növbədə özəl sektor hesabına icbari sosial sığorta çərçivəsində daxilolmaların artmasıdır, - deyə o bildirib.
DSMF sədri Elman Mehdiyevin sözlərinə görə, dövlət büdcəsindən transfertlərin azalması əməyin və onun ödənişinin leqallaşdırılması ilə əsaslandırılıb, bu da adıçəkilən mövqe ilə bağlı daxilolmaları artırır.
Xatırladaq ki, bu strukturun üzdə birindən çoxu (36% yaxud 1,1 mldr manat) dövlət büdcəsindən transfertlər hüsabına formalaşdırmağı planlaşdırır. İcbari sığorta çərçivəsində DSMF-ə ödəmələr 1 mlrd 950 mln 221,9 min manat, o cümlədən büdcə təşkilatları işçilərinin sosial sığortasına dair ödəmələr 604 mln 62,8 min manat səviyyəsində planlaşdırılır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz