Fevraldan sosial yardıma ehtiyac yeni metodla qiymətləndiriləcək
Fevralın 1-dən ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım istəyənlərinödəniş qabiliyyətini yeni metodla qiymətləndiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat-Hesablama Mərkəzinin məlumatına görə, bu, 12 dövlət strukturunun vahid elektron müraciət və Təyinat Alt sisteminə inteqrasiyası (VEMTAS) sayəsində mümkün olacaq. Dövlət strukturları arasında informasiya mübadiləsi sosial yardımı «Elektron hökumət» (e-gov.az) vasitəsilə ünvanlandırmağa imkan verəcək.
Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət strukturlarının informasiya resurslarına çıxışı yaranacaq. Həmçinin üvanlı dövlət sosial yardımı almaq üçün müraciətçinin illik mobil ödənişlərinin portal üzərindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq. Müraciət təmin edildikdə bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək. -- 17D—
-
- İqtisadiyyat
- 9 Yanvar 2016 22:53
-
- Siyasət
- 10 Yanvar 2016 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz