Həll edilməmiş torpaq münasibətlərinin tənzimlənməsi barədə fərman imzalanıb
Prezident İlham Əliyev martın 7-də “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Sənəd torpaqların elektron uçotunun aparılması və 2020-ci ilədək rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini nəzərdə tutur.
Bu sistemin əsas vəzifəsi torpaqdan istifadənin gerçək vəziyyəti ilə onlara hüququ təsdiq edən sənədlər arasındakı uyğunsuzluğun aradan qaldırılmasıdır. Sənəd müxtəlif şəraitdə və yerlərdə torpaqdan istifadədə olan problemlərin həlli mexanizmlərini göstərir.
Məsələn, dövlət daşınmaz əmlak reyestrində hüquqi və texniki sənədlərdə dəyişikliyə zərurət yarananda onların mülkiyyətçisi, icarəçisi və istifadəçilərinə bildiriş göndərilir. Bu şəxslər düzəlişlər nəzərə alınmaqla yeni sənəd əldə etmək hüququ qazanır.
Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, yaşayış massivləri olan yerlərdə torpaq kateqoriyasına dəyişiklik edilməsi haqqında təklifləri hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. Nazirlər Kabineti 3 aya müvafiq qərar qəbul etməlidir.
Qeyd edək ki, Bakı və Abşeronda keçmiş sovxozların yerində tikilən və kənd təsərrüfatı torpağı kateqoriyası dəyişməyən çox sayda yaşayış massivləri var. Ona görə bu ərazilərdə yaşayış obyektləri tikənlərə dövlət daşınmaz əmlak reyestrindən çıxarış verilmir. Söhbət bir neçə min fərdi evdən gedir. 08D
-
- İqtisadiyyat
- 10 Mart 2016 12:53
-
- Siyasət
- 10 Mart 2016 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz