İcarə haqqı ödənişində yeni imkan
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakını icarəyə götürən şəxslər tərəfindən icarə haqqı borclarının ödənilməsində yenilik edib və ödəmə imkanlarını daha da genişləndirib. Bundan sonra icarə haqlarını elektron ödəmə məntəqəsində ödəmək mümkün olacaq.
ƏMDK-də Turan-a bildiriblər ki, bu yenilik Komitənin mövcud informasiya sisteminin Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalına (www.e-gov.az) inteqrasiyası nəticəsində tətbiq edilib.
İcarəçilər icarə haqqı borclarını banklar vasitəsilə və komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az) ödəyə biləcəklər.
ƏMDK fiziki və hüquqi şəxslərin icarəyə götürdüyü dövlət əmlakının sayı və sahəsi barədə məlumat vermir. «2016-cı ilin dövlət büdcəsi haqqında» qanuna əsasən, dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsinə görə ümumi ödəniş məbləği 7 mln manat olacaq. 2015-ci ildə bu göstərici 5 mln manat təşkil edib.
Maraqlıdır ki, ƏMDK qimən icarə edilən dövlət mükiyyətində olan daşınmaz əmlak obyektlərinə nəzarət etmir. 2015-ci ildə Hesablama Palatası müəyyən edib ki, yalnız bir dövlət müəssisəsi («Azərpoçt» MMC) 4000 kv metrdən çox sahəni kommersiya şirkətlərinə icarəyə verib.
Qanunvericiliyə əsasən, dövlət müəssisə və təşkilatlarının istifadəsində olan daşınmaz əmlakın icarə haqlarının 50%-i dövlət büdcəsinə köçürülməlidir. 08D
-
- Foto sessiyalar
- 1 May 2016 15:20
-
- Cəmiyyət
- 1 May 2016 18:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz