İki şəhərin Baş plan layihəsi sakinlərin mühakiməsinə verilib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şəmkir və Göyçay şəhərlərinin Baş plan layihələrini tanış olmaq üçün əhaliyə təqdim edib. Layihəyə dair etiraz və təkliflərə 60 gün ərzində baxılacaq.
Şəmkir və Göyçay şəhərlərinin Baş plan layihəsi bu rayonların İcra Hakimiyyətinin inzibati binasındadır.
Turan müəyyən edib ki, bu rayonların İH-ləri öz internet resurslarında ictimaiyyətə bu barədə məlumat verməyib.
DŞAK şəhərsalma şöbəsinin rəisi Anar Bayramov Turan-a bildirib ki, vətəndaşlardan və sahibkarlardan təklif daxil olanda müzakirə edilir, qəbul edildiyi təqdirdə maraqlı dövlət strukturları ilə razılaşdırılır və Nazirlər Kabinetinin təsdiqinə verilir.
İndiyədək 32 şəhərin Baş planı təsdiq edilib. Beş şəhərin Baş planı hazırlanmaqdadır (Mingəçevir, Masallı, Göygöl, Şirvan, Qusar). Növbədə Naftalanın Baş planı və Böyük Bakının regional inkişaf planıdır. --08B—
-
- Siyasət
- 7 Noyabr 2015 00:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz