İKT inkişafı üzrə mövqe pisləşib
Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə 143 ölkə arasında 57-ci olub (ötən ilə nisbətən 8 pillə geriləmə) olub.
World Economic Forum (İsveçrə) 2015-ci il üzrə The Networked Readiness Index hesabatını açıqlayıb.
NRI indeksi 2001-ci ildən əlçatan statistik məlumatlar və şirkət rəhbərlərinin sorğularının nəticəsi əsasında hazırlanır. Hesablama ölkə iqtisadiyyatlarının İKT-nin maksimal istifadəsinə hazırlığının qiymətləndirilməsi əsasında həyata keçirilir. Bununla belə 2015-ci il üçün dörd subindeks formalaşdırılır: İKT-nin inkişafı üçün şəraitin mövcudluğu (Environment subindex), vətəndaşların, işgüzar dairələrin və dövlər orqanlarının İKT istifadəsinə hazırlığı (Readiness subindex), ictimai, kommersiya və dövlət sektorlarında İKT-nin istifadə səviyyəsi (Usage subindex), həmçinin informasiya texnologiyalarının iqtisadiyyata təsiri (Impact subindex). NRI-nin hazırlanması zamanı 53 göstərici nəzərə alınır. İlk beşliyə Sinqapur, Finlyandiya, İsveç, Niderland və Norveç daxildir. Azərbaycandan başqa hesabata adı düşən keçmiş SSRİ ölkələrinin reytinqdə yeri belədir: Estoniya (22) Litva (31) Latviya (33), Qazaxıstan (40), Rusiya (41), Ermənistan (58), Gürcüstan (60), Moldova (68) və Ukrayna (71). --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz