İnflyasiya başladı, bu, hələ başlanğıcdır
Bazarların qarşılıqlı təsiri qanununa əsasən, Azərbaycanda təkcə mal və xidmətlərə tənzimlənən qiymət və tariflər yox, başqa mal və xidmətlər də bahalanacaq, deyə iqtisadçılar bildirir. Ona görə, 2014-cü ildə inflyasiya ikirəqəmli olacaq, deyə onlar proqnozlaşdırırlar.
İqtisadçı ekspert Qubad İbadoğluya görə, yaxın günlərdə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiymətini artıracaq. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq. Labüd olaraq ərzaq da bahalanacaq. İqtisadçılar əmindir ki, qeyri-ərzaq malları və pullu xidmətlərin qiyməti də artacaq. Bu isə aztəminatlı əhalinin həyat səviyyəsinə zərbə vuracaq. Hələlik əhali hökumətin qərarına reaksiya verməyib. Sürücülər benzin və dizel yanacağının bahalanmasına vərdiş edir.
İllik 3,5% inflyasiya proqnozlaşdıran hökumət ilk növbədə dövlət büdcəsini doldurmaq istəyir. İnflyasiya 2014-cü ildə dövlət büdcəsinə 700-800 mln manat gətirəcək, deyə iqtisadçı Rövşən Ağayev bildirir. Amma büdcə təşkilatlarının istehlakı hesabına kommunal xərclər 350 mln manat artacaq.
96 saylı avtobusun sürücüsü bildirir ki, dizel yanacağı 33,3% artsa da, “Transgeyt” şirkəti bu gün ondan həmişəki planı tələb edəcək. «Əgər sabah və ya biri gün gediş haqqı artırılmasa, sürücülər reysə çıxmayacaq», deyə o qeyd edib. 08B
-
- Söz istəyirəm
- 3 Dekabr 2013 12:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz