- İqtisadiyyat
- 15 Avqust 2012, 17:31
- 263
İstehlak strukturu qeyri-ərzaq mallarının xeyrinə dəyişir
Dövlətstatkoma görə, bu ilin 7 ayında əhalinin aldığı qeyri-ərzaq mallarının həcmi 22,8%, ərzaq malları satışı həcmi isə 1,1% artıb. Satılan malların strukturunda ərzağın payı 56,5%-dir. Əvvəllər bu göstərici 65% idi.
«Azad İqtisadiyyata Yardım» QHT-nin rəhbəri Zöhrab İsmayıl Turan-a bildirib ki, rəsmi məlumatdan belə çıxır ki, əhali ərzaq mallarına yox, məişət malları, mebel, paltar və s. çox xərcləməyə başlayıb. «Hətta qeyri-ərzaq malları xərcləri kəskin artanda belə onların adambaşına istehlakı (ayda 65 manat) zəifdir», deyə ekspert düşünür. Onun fikrincə, Azərbaycan qeyri-ərzaq mallarına xərclərdə Avropa ölkələrindən dəfələrlə geri qalır.
Yanvar-iyulda əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,4 milyard manatı ərzaq məhsullarının, 4,2 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 08B
-
- Mədəniyyət
- 15 Avqust 2012 17:27
-
- Siyasət
- 15 Avqust 2012 18:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz