2014-cü ildə kartof idxalının rəsmi həcmi 129,6 min ton olub. Bu, 2013-cü ildəkindən (65 min ton) iki dəfə çoxdur. Daxili pərakəndə bazarda orta hesabla 1 dollardan baha satılan kartofun (Dövlətstatkom) 1 kq-ı gömrükdə 6 sentdən (toxumluq, dondurulmuş, konservləşdirilmiş və üyüdülmüş kartof nəzərə alınmadan) sənədləşdirilir.
Gömrük Komitəsinin məlumatına görə, ötən il kartof gömrükdə 2013-cü ildəkindən 5 sent ucuz bəyan edilib.
Kartof əsasən Rusiya - 52,1 min ton, İran – 23 min ton, Niderland – 18 min ton, Gürcüstan - 6,7 min ton, Litva – 7,1 min ton, Misir - 2,1 min ton, İsveç – 3,1 min ton, Türkiyə və Belarusdan (hərəsi 2 min ton) idxal edilir.
Dövlətstatkomun məlumatına görə, ötən il ölkədə 819,3 min ton kartof istehsal edilib. Bu, əvvəlki ildəkindən 17,5% azdır. İstehsal quraqlıq üzündən azalıb. 2014-cü ildə məhsuldarlıq 1 ha-dan 133 sentner (-12,5%) olub.
Ötən il Azərbaycandan 49 min 475,6 ton kartof ixrac edilib. Bunun 98,9%-i Rusiyaya göndərilib. İxrac 8,3% azalıb. İxrac qiyməti daha ədalətlidir - 0,64/$/kq. İxracatçılar bu əməliyyatlardan $32 mln əldə edib. Bu, 2013-cü ildəkindən $10,5 mln çoxdur.
Rəsmi məlumata görə, Azərbaycanda bir nəfərə kartof istehlakı ildə 64 kq-dan çoxdur. İdxaldan asılılıq – 7,7%-dir (2013-cü il). Bir çox mütəxəssislər daxili istehsal barədə məlumatları şişirdilmiş, idxal həcmini azaldılmış hesab edirlər. Onların fikrincə, tələbatın ən azı dörddə biri idxal hesabına təmin edilir. 08B
Rəy yaz