Kvotalı balıq ovu həcmi 113,3 ton artıb
2016-cı ildə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında və daxili sututarlarda hüquqi və fiziki şəxslərə balıq ovu üçün verilmiş 793,5 ton kvotaya qarşı 678,9 ton balıq tutulub.
2015-ci illə müqayisədə kvotalı balıq ovu 113,3 ton artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ovlanmış balığın 315,6 tonu kilkə (2015-ci ildə 138 ton), 92,5 tonu kütüm (116 ton), 86,1 tonu siyənək (118 ton), 67,7 tonu kefal (78 ton) olub.
Ölkədə 155 hüquqi və fiziki şəxsə balıq ovu üçün icazə verilib. Kvota almaq üçün onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 32,5 min manat ödəniş edib.
2016-cı ildə Azərbaycanda 230 mln manat məbləğində 63,2 min ton balıq tutulub. 08D
-
- İqtisadiyyat
- 11 Fevral 2017 12:31
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz