Neft iqtisadiyyatın əsası olaraq qalır
Milli Büdcə Qrupunun 2014-cü ilin dövlət büdcəsi barədə rəyi açıqlanıb (gəlirlər hissəsi 18 mlrd 384 mln manat və ya builkindən 775 mln az, xərclər 20 mlrd 063 mln manat və ya 213 mln manat çox).
Ekspertlərin fikrincə, büdcə hazırlayanların əsas məqsədi qeyri-neft sektorunun artımı və vergi yığımının gücləndirilməsidir. Regionların öz xərcini ödəməsi də hədəflərdəndir. Büdcənin 50,8%-i ARDNF-dən transfertlər, 38,6% vergi xidmətinin, 8,2% Gömrük Komitəsinin payı olaacq.
Vergilər Nazirliyi vəsaitlərin 39,5%-i ARDNŞ və neft və qazın pay bölgüsü üzrə sazişlərdən götürəcək. Gömrükçülər də mədaxilin çoxunu karbohidrogenlərin ixracı hesabına təmin edəcək və bu, neftin qiymətindən asılı olacaq (mədaxilin 68,4%-i, bu il 73,09% olub).
ÜDM-də büdcə mədaxilinin xüsusi çəkisi azalır – 2012-ci ildə 32%, bu il 35%, gələn il 31,4%.
Hökumət bildirir ki, qeyri-neft gəlirlərinin artımı davamlıdır – ötən il onların payı ÜDM-də 8,6, bu il 9,4 olub, gələn il 10,7% təşkil edəcək. Amma Milli Büdcə Qrupu hökumətin rəyi ilə razılşamır.
Hesablamalara görə, 2014-cü ildə adambaşına gəlirlər 1975 manat ($2515), qeyri-neft gəlirləri 625 manat ($800) olacaq. Müqayisə üçün deyək ki, RF-də adambaşına gəlirlər $2900, Qazaxıstanda $2100-dır. Karbohidrogen ehtiyatı olmayan postsosialist ölkələrdə başqa mənzərə var – Sloveniyada bu göstərici $10 min 597, Macarsıtanda $7474, Slovakiyada $6018, Xorvatiyada $5679, Çexiyada $4900-dır və s və s.
Büdcənin doldurulmasında ARDNŞ daha aktiv olacaq. Onun birləşmiş vergiləri və başqa ayırmaları 22,5% və ya 335 mln artaraq 1 mlrd 825 mln manat olacaq. PSA sazişlərlə neft və qaz hasil edən şirkətlərdən mənfəət vergisi 977 mln manat olacaq. Bu, cari ilin proqnozundan 173 mln azdır. --17D—
-
- Mədəniyyət
- 11 Dekabr 2013 18:10
-
- Cəmiyyət
- 12 Dekabr 2013 10:51
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz