Nəqliyyat Nazirliyinin investisiya iştahası
Nəqliyyat Nazirliyi Bakı buxtasından $1,5–1,8 mlrd qiymətində asma avtomobil körpüsü tikmək istəyir.
Bu gün 2-ci Xəzər "Yol və yeraltı infrastrukturu – urbanizasiya problemlərinin həlli" konfransında Nəqliyyat Nazirliyinin sektor rəisi Heydər Turabov deyib ki, obyektin uzunluğu 26 km olacaq, bunun 17 km-i dənizin üzərindən keçəcək. Onun sözlərinə görə, bu, Bakının mərkəzində nəqliyyat yükünü azaldacaq.
Bu, nazirliyin ilk belə layihəsi deyil. "Azeryolservis" ASC analitik şöbəsinin rəisi Hidayət Rüstəmovun sözlərinə görə, dənizin altından tunel layihəsi də var. Və o daha çox vəsait tələb edir.
Nəqliyyat Nazirliyi nəqliyyat infrastrukturuna investisiyaları “yemək” üzrə liderdir.
Son 5 ildə ölkədə nəqliyyat sektoruna $14,5 mlrd ayrılıb.
Bu dövrdə avtoyollara $11 mlrd 840 mln, o cümlədən 2014-cü ildə $2 mlrd 375 mln ayrılıb.
2005-ci ildən dövlət büdcəsində investisiya xərclərinin xüsusi çəkisi 40%-dir. Nə Hesablama Palatası, nə də Maliyyə Nazirliyi ictimaiiyyətə bu vəsaitlərin necə xərclənməsi barədə məlumat verməyib. –17D—
-
- İqtisadiyyat
- 13 İyun 2014 15:51
-
- Siyasət
- 13 İyun 2014 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz