- İqtisadiyyat
- 2 Noyabr 2012, 15:09
- 104
Noyabrın 5-də Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək
Noyabrın 5-də Bolqarıstanın regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək. Forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə infrastruktur, mühəndislik, elektroenergetika, neft-qaz, tikinti və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.
Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Bolqarıstanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Bolqarıstan $471,1 mln. (+63,8%) ilə 2012-ci ilin doqquz ayında Azərbaycandan mal idxalçıları arasında
12-ci yeri tutur (məlumatlar Dövlət Gömrük Komitəsindəndir). Bu dövrdə Bolqarıstandan ümumi dəyəri $18,1 mln. həcmində mal ixrac olunub. Bu, ötən ilin müvafiq dövründən 32% çoxdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz