- İqtisadiyyat
- 2 Noyabr 2012, 15:08
- 88
Oktyabrda qiymətli kağızların birjadankənar dövriyyəsi 5 mln. manata yaxın olub
Bakı Fond Birjası (BFB) birjadankənar platformada qiymətli kağızların həcmi üzrə məlumatları açıqlayıb. Bu ilin martında BFB birjadankənar əməliyyatlar üzrə gündəlik məlumatları dərc etməyi dayandırıb.
BFB-in məlumatına görə, oktyabrda 3 620 248 ədəd korporativ qiymətli kağız üzrə əqd bağlanıb. Onlardan 1 670 mini (ümumi dəyəri 3412 min manat) istehsalat müəssisələrinə aiddir.
Əvvəlki ayla müqayisədə birjadankənar meydançada dövriyyə 6 dəfə artıb.
Bu ilin yanvar-fevral aylarında BFB Dövlət Qiymətli Kağızlar Komitəsinin qaydalarına uyğun olaraq öz İnternet saytında birjadankənar əqdlər üzrə məlumatları dərc edirdi. Martdan birja bu məlumatları dərc etməyi dayandırdı. Bundan sonra QKDK-nin normativ aktından fərqli qaydalar qəbul edib. Bununla belə, QKDK baş verənlərə reaksiya verməyib.
Sentyabrda Nəsimi Rayon Məhkəməsi BFB-nin hərəkətlərindən narazı olan investorlardan birinin iddiasını təmin edib və quruma QKDK –nın qaydalarına uyğun hərəkət etməyi həvalə edib. BFB məhkəmənin qərarından şikayət etməyib, investor öz növbəsində apellyasiya instansiyasına müraciət edib. O, korporativ qiymətli kağızların satışı üzrə birjadankənar qədlərin iki depozitar (“Corporate Trast” və Milli depozitar Mərkəzi) tərəfindən açıqlanması barədə qərarın qəbuluna nail olmaq niyyətindədir.
08B
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 14:55
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 15:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz