Ötən il SOCAR-ın xalis mənfəəti 25% artıb
2014-cü ildə SOCAR-ın xalis mənfəəti 1 mlrd 274 mln manat olub. Bu, 2013-cü ildəkindən (1 mlrd 19 mln manat) 25% çoxdur. Bu barədə şirkətin konsolidə edilmiş hesabatında bildirilir.
Auditi Ernst & Young şirkəti həyata keçirib.
2014-cü ildə SOCAR-ın gəlirləri 39 mlrd 674 mln manat (2013-cü ildə 38 mlrd 433 mln - artım 3,2%) olub.
2014-cü ildə əməliyyat fəaliyyətindən gəlirlər 1 mlrd 798 mln (artım 8,9%) təşkil edib. Mənfəət vergisi üzrə büdcə ayırmaları 465 mln manat (artım 4,7%) olub.
SOCAR-ın aktivləri 4,4% artaraq 24 mlrd 67 mln manata çatıb. Uzunmüddətli aktivlər 7,2% artaraq 16 mlrd 269 mln manat, qısamüddətli aktivlər 0,9% azalaraq 7 mlrd 798 mln manat olub.
2014-cü ildə şirkətin kapitalı 8,1% artaraq 11 mlrd 57 mln manata çatıb. Nizamnamə kapitalı 1 mlrd 496 mln manat (artım 13,7%), bölünməmiş mənfəət 8 mlrd 348 mln manat (artım 10,5%) olub.
Şirkətin öhdəlikləri 1,5% artaraq 13 mlrd 10 mln manata çatıb. O cümlədən uzunmüddətli öhdəliklər 6 mlrd 119 mln manat (artım 24,7%), cari öhdəliklər 6 mlrd 891 mln (azalma 12,9%) təşkil edib. –12D--
-
- İqtisadiyyat
- 4 İyul 2015 12:08
-
- Cəmiyyət
- 4 İyul 2015 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz