- İqtisadiyyat
- 21 İyun 2012, 15:01
- 103
Samsung Galaxy S III smartfonunun Azərbaycanda rəsmi təqdimatı keçirildi
Rəqəmli texnologiyalar və rəqəmli konvergensiya sahəsində dünya lideri Samsung Electronics şirkəti iyun ayının 20-də Bakıda keçirilən mətbuat konfransında Samsung GALAXY S III telefonlarını təqdim etdi.
Telefonların rəsmi təqdimatı Samsung-un yüksək HD görüntü keyfiyyəti ilə seçilən LED monitorlarında nümayiş olunan video məlumatlarla və smartfonıarın göstəricilərini təqdim etməkdə sözlər aciz olduqda isə pantomima teatrının aktyorarının ifasıyla dəstəklənirdi.
Samsung şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ceyhi Çan bildirdi ki, 2012-ci ilin ilk rübünün nəticələrinə görə Samsung şirkəti istər bütövlükdə mobil telefon, istərsə də smartfon bazarında 1 nömrəli mövqeyə sahib olub. Hazırda şirkət 23,5% bazar payı ilə liderdir. Onun sözləinə görə, bir ay bundan öncə Galaxy S III smatfonunun dünya təqdimatı oldu və satışa buraxıldıqdan cəmi 15 gün sonra satış həcmi record bir rəqəmə - 2,2 mln ədədə çatdı. “Əminəm ki, Azərbaycan bazarında da Galaxy S III uğurlu olacaqdır”, deyə Çan vurğulayıb.
Samsung telefonlarının Azərbaycandakı rəsmi distribütoru olan “İntegral” şirkətinin satış müdürü Şahin Sadıxov bildirdi ki, hazırda Samsung smartfonları Azərbaycan bazarında satış həcminə görə birincidir. İndiyədək Azərbaycanda 10 vin ədəd Galaxy S v 14 min ədəd Galaxy 2 smartfonları satılıb. Yeni GALAXY S III Azərbaycan bazarında 700 manata təklif olunur.
Daha sonra Samsung şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərid Namazov mətbuat konfransının iştirakçılarını Galaxy S III mobil telefonu haqqında ətraflı tədimatla çıxış etdi. 08C
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz