Taksit kartları sistemində Bank of Baku-nun Bolkartı liderdir
Bu il martın 1-i üçün aktiv kredit kartı sayı il ərzində 2 dəfə artaraq 1,01 milyona çatıb. Aktiv kartlarda bu kartların xüsusi çəkisi 17,3%-ə (bir il əvvəl 9,2%) çatıb.
Yanvar-fevralda kredit kartları ilə əməliyyatlar 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 2484 min, onların dövriyyəsi 66,3% artaraq 341 mln manat olub.
Son il yarım-iki ildə taksit kartları aktiv inkişaf edib. Bu kartlar müştəriyə ödənişi sonradan həyata keçirmək imkanı verir, banklar isə komissiyadan qazanır. Hazırda bazarda onların sayı 300-350 mindir.
Taksit kartları sistemində Bank of Baku-nun Bolkartı liderdir. Kredit kartlarının dörddə biri (210 min), taksit kartlarının yarıdan çoxu onun payına düşür. Onunla Albalı (Unibank), Worldcard (Yapı Kredi Bank), PayKart (Bank Respublika), Aykart (DəmirBank) rəqabət aparır.
Ekspertlər taksit kartlarının bir sıra müsbət və mənfi cəhətlərini qeyd edir. Müsbət cəhətlər bunlardır: mal və xidmət üçün istehlak krediti almağın asanlığı (hər dəfə banka müraciət edib sənədləşmə lazım gəlmir); krediti hissələrlə ödəmək mümkündür; nağd vəsait də çıxarmaq mümkündür. Mənfi tərəfləri isə kredit kartlarının sındırılması, istifadə edilməmiş vəsaitin oradan çıxarılması imkanı, alışdan imtina etdikdə pul vəsaitlərinin qaytarılması problemidir.
Əsas problem psixoloji tərəfdir - hüdudsuz imkan hissidir. Yəni 2 saata 2 min manatlıq limiti boşalda bilərsiniz. Bu vaxt müştərinin kredit qabiliyyətini izləməyin mümkün olmaması üzə çıxır. Məsələn, bir il əvvəl sizə 2 min manat ayırıblar. Son 6 ayda işsiz olmusunuz. Bu vaxt bank problemli kreditlərlə üzləşir.
Beynəlxalq praktikada bu sahəni tənzimləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər var. Məsələn, aktiv taksitlərin sayına limit, taksitin maksimal müddətinin məhdudlaşdırılması (hazırda 12 aydır), kart sahibin kredit qabiliyyətinin mütəmadi olaraq yenidən qiymətləndirilməsi.--15B—
-
- İqtisadiyyat
- 23 Aprel 2014 13:54
-
- İqtisadiyyat
- 23 Aprel 2014 14:01
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz