TRACECA dəhlizi ilə tranzit daşımaları dörddə bir azalıb
2015-ci ildə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan sahəsi ilə 9, 5 mln ton tranzit yük daşınıb. Əvvəlki illə müqayisədə tranzit daşımaları dörddə bir (25,7%) azalıb.
Dövlətstatkomda Turan-a bildiriblər ki, dəniz nəqliyyatı ilə 5 mln 567,2 min ton (-32,7%), dəmir yolu ilə 3 mln 926,8 min ton (-12,8%) yük daşınıb.
Ötən il nəqliyyatçılar tranzit daşımalarından 124,4 mln manat əldə ediblər. Bu, 2014-cü ildəkindən 3,4% azdır. Daşımaların azalmasına baxmayaraq, «Azərbaycan Dəmir Yolları» əvvəlki ildəkindən 5,9% çox (55,2 mln manat) gəlir əldə edib. Bu göstərici manatın 80% devalvasiyasının nəticəsidir.
Maraqlıdır ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi səbəbindən Türkiyə yük avtomobillərinin bir hissəsi Azərbaycandan keçir. Amma DSK onların uçotunu apara bilmir, çünki bu, Azərbaycanın yük daşıyıcılarının iştirakı olmadan həyata keçirilir, deyə DSK-da Turan-a bildiriblər. --08D—
-
- İqtisadiyyat
- 15 Fevral 2016 15:23
-
- Cəmiyyət
- 15 Fevral 2016 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz