Transadriatik qaz kəmərinin alban hissəsinin tikintisinə icazə alınıb
Transadriatik qaz kəmərinin tikintisi üzrə konsorsium kəmərin alban hissəsinin tikintisinə icazə alıb, deyə TAP-ın 8 apreldə yaydığı məlumatda bildirilir.
İcazəni Albaniyanın Milli Ərazi Şurası verib.
"Bu, vacib qərardır və Albaniyada tikintiyə başlamaq imkanı verəcək ", - deyə TAP-ın yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, burda tikinti işləri 2015-ci ildə yol və körpülərin modernləşməsi və tikintisindən başlayacaq. Sonra boru kəməri çəkiləcək, başqa obyektlər tikiləcək.
ТАР “Şahdəniz” qazının Avropa bazarlarına nəqli üzrə marşrut kimi seçilib.
Kəmərin ilkin gücü 10 mlrd m3, artırılma imkanı ildə 20 mlrd m3-dir.
ТАР-ın səhmdarları bunlardır: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).—0--
-
- İqtisadiyyat
- 9 Aprel 2014 15:48
-
- İqtisadiyyat
- 9 Aprel 2014 16:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz