Urumçi şəhərində Azərbaycanla Uyğur Muxtar Rayonu arasında əməkdaşlıq iclası keçirilib
İyulun 10-da Çinin Urumçi şəhərində Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilib.
Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti, Çin tərəfi isə Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İİN mətbuat xidmətinin məlumatına görə, Səfərov deyib ki, ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 22% artıb. Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir.
İşçi qrupunun iclasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, iş adamları arasında əlaqələrin genişləndirilməsi, biznes forumların, işgüzar görüşlərin keçirilməsi, hər iki ölkənin investisiya imkanları barədə informasiya mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz