![cnnturk.com](https://turan.az/resized/media/2018/main/091500013214-750-500-resize.webp)
cnnturk.com
Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb
Баку/15.09.18/Turan: Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Görüşdə iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti, Türkiyə prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfəverdiyi vurğulanıb.
Prezidentlər həmçinin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrin tarixində mühüm hadisə olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.
Görüşdən sonra iki ölkənin prezidenti Fəxri xiyabana gediblər. Onlar mərhum prezident Heydər Əliyevin xatirəsini yad ediblər.--0--
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz