Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib
Bakı/18.10.19/Turan: Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib. Bu barədə MSK-nın bugünkü iclasında elan edilib.
MSK mətbuat xidmətindən Turana verilən məlumata görə, seçkilər 118 seşki dairəsində 1606 bələdiyyə şurasında 15156 yerə keşiriləcək.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
2014-ci dekabrın 23-də 1607 bələdiyyədə 15035 yer uğrunda seçkilər keçirilmişdi. 8 bələdiyyədə seçkilərin nəticələri ləğv edilmişdi.
Azərbaycanda bələdiyyə orqanlarının səlahiyyətləri olduqca məhduddur. İdarəetmə üzrə bütün səlahiyyətlər demək olar ki, icra hakimiyyəti orqanlarında cəmləşib. -06D--
Siyasət
-
Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib və ADA Universitetində mühazirə oxuyub. Bu barədə universitet rəhbərliyinin sosial şəbəkədəki nəşrindən məlum olub.
-
Sentyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mehman Əliyev Kürdəxanı İstintaq Təcridxanasında intihara cəhd edib. Bununla əlaqədar o, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Bu barədə Turan-a fəalın atası Aydın Əliyev bildirib.
-
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
-
Sentyabrın 7-dən 13-dək polis azad edilmiş ərazilərdə çoxlu sayda silah və hərbi sursat aşkar edərək götürüb.
Rəy yaz