Министр обороны Израиля Авигдор Либерман
Liberman hələ Bakıdadır
Bakı/17.09.18/Turan: İsrailin müdafiə naziri Aviqdor Liberman Bakıya səfəri çərçivəsində sentyabrın 17-də vergilər naziri, Azərbaycan-İsrail hökumətlərarası birgə komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşüb.
Rəsmi məlumata görə, tərəflər Azərbaycanla İsrail arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafından, hökumətlərarası komissiyanın fəaliyyətindən razılıqlarını ifadə ediblər.
İki ölkə arasında münasibətlərin genişləndirilməsinin vacibliyi qeyd olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 13-də Liberman Azərbaycana rəsmi səfərə gəlib. O, ölkə prezidenti, baş nazir, müdafiə naziri, Sərhəd Xidmətinin rəhbər iilə görüşüb.-06D--
-
- Siyasət
- 17 Sentyabr 2018 16:58
-
- İqtisadiyyat
- 18 Sentyabr 2018 10:22
Siyasət
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Rəy yaz