Константин Затулин
Zatulin: Ermənistan Rusiyanın fikrinə məhəl qoymasa, zərər çəkəcək
Moskva/02.08.18/Turan: Ermənistanın böyük dostu, Dövlət Dumasının MDB işləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hesab edir ki, Ermənistan Rusiyanın maraqları xeyrinə seçim etməsə, bu, daxili və xarici problemlərə gətirib çıxara bilər. Bu fikri o, "Exo Moskvı" radiosunun efirində bildirib.
"Ermənistanda baş nazir N.Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər, belə ki, bu seçim Rusiyanın hansısa narahatlıqlarının təmin edilməsinin xeyrinə olmasa, Rusiya tərəfindən baş nazirin addımlarının tənqidi həm daxili, həm də xarici siyasi cəhətdən ən müxtəlif nəticələrə gətirib çıxara bilər", deyə o bildirib.
Zatulin həmçinin əlavə edib ki, Ermənistan bu gün onun təhlükəsizliyinə əsasən KTMT üzvlüyünün, Rusiya hərbi bazasının mövcudluğunun və Rusiyadan silah idxalının zəmanət verdiyini nəzərə almaya bilməz.
"Bu halda Rusiya ilə münasibətlərdə bu, yüksək səviyyədə etimadın itirilməsi ilə nəticələnəcək, çünki söz sözdür, əməl isə əməl. KTMT baş katibinin (Y.Xaçaturov) bu həbsi təşkilatın özünün imicinə ziyan vurmaya bilməz", deyə K.Zatulin qeyd edib.
Bir müddət əvvəl XİN başçısı Sergey Lavrov Yerevanın addımlarını, xüsusən keçmiş prezident Robert Koçaryanın həbsini və KTMT baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsini tənqidə məruz qoyub. S.Lavrov deyib ki, Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərlə təqib etməsi Moskvanı narahat etməyə bilməz. -02D-
-
- Çətin sual
- 2 Avqust 2018 12:52
-
- Bazarların icmalı
- 2 Avqust 2018 13:31
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz