10 may tədbirləri ilə bağlı narahatlıqlar başlayır
Hakimiyyət növbəti bayrama: 10 may- Heydər Əliyevin doğum gününə hazırlığa start verib. Həmin gün Gül bayramı adı ilə təntənəli şəkildə qeyd olunur.
Bayramın mahiyyəti aydın deyil, ancaq H.Əliyevin qırmızı qızıl gülləri çox sevdiyi deyilir.
Bir neçə ildir ki, həmin gün xarici ölkələrdən bahalı güllərin gətirilməsinə böyük vəsait sərf olunur. Dünyanın hər yerindən Bakıya tonlarla gül gətirilir. Hakimiyyət xərcləri açıqlamır, amma qeyri-rəsmi məlumatlara görə, söhbət on milyonlarla manatdan gedir.
Görünür, bu dəfə hakimiyyət əvvəlki rekordları geridə qoymağı qərara alıb və bir ay öncədən hazırlığa başlayıb. Hələlik ənənəvi olaraq bayramın keçirildiyi Milli Konservatoriyanın qarşısındakı bağ əhatəyə alınıb. Canlı güllər üçün konstruksiyaların qurulmasından ötrü ora lövhələr, karkaslar qoyulur.
Lakin bu il bayram Qış bulvarını da əhatə edəcək. Burada analoji qurğuların inşasına başlanılıb. Beləliklə, bayram tədbirlərinin ərazisi bir neçə dəfə böyüyür.
Bu tədbirlər hər zaman olduğu kimi indi də ətraf zonaların sakinlərinə və piyadalara problem yaradır. Belə ki, qarşı küçəyə keçmək üçün böyük dövrə vurmaq lazımdır.
Meriyanın və hakimiyyətin öz vətəndaşlarına bu cür münasibəti yeni xəbər deyil. Əsas məsələ analoqumuzun olmadığını özümüzə də sübut etməkdir. -02В-
-
- Analitika
- 12 Aprel 2014 13:00
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz