DİN polkovnik-leytenantı yoxsa basqınçı? (Video)
Bakı/23.09.19/Turan: Sentyabrın 23-də prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında "Amerikanın səsi" radiosunun və Turan agentilyinin müxbiri Tapdıq Quliyevə qarşı təzyiqlərə DİN Nəqliyyatda Baş Polis İdarəsinin polkovnik-leytenantı rəhbərlik edib.
Zabit jurnalist xidməti vəzifəsini yerinə yetirərkən onun saxlanmasını əmr edib və əlindən mikrofonu şəxsən özü alıb. Sonra "götürün onu!" əmrini verib: "Sənə insan kimi deyirəm get buradan! Götürün bunu!".
Bundan sonra bir neçə polis jurnalisti tutaraq əlindən kamerasını alıb və idarəyə aparıb.
30 dəqiqədən sonra onu buraxıblar və deyiblər ki, "biz səni buraxırıq, ancaq bundan sonra bir də dövlətçilik əleyhinə işləmə!".
Jurnalist polkovnik-leytenantın özünü təqdim etməsini tələb etsə də, o cavab verməyib.
Qeyd edək ki, jurnalist öz peşə borcunu yerinə yetirərək "Tərtər işi" üzrə mühakimə olunanların valideynlərinin etiraz aksiyasını işıqlandırırmış.
Jurnalist polislərin qanunsuz hərəkətləri ilə bağlı DİN rəhbərliyinə və Baş Prokurorluğa müraciət edib.-02B-
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz