- Söz istəyirəm
- 4 Mart 2017, 0:37
- 87
Dostlar! Ölkəmizdə hər şey «Asan» olub
Dostlar! Ölkəmizdə hər şey “Asan” olub. Bu da “asan məhkəmə”. Başlanması ilə başa çatması bir oldu. Blogger Mehman Hüseynov məhkəmə zalında həbs edildi. Belə ildırım sürəti həbs ancaq “asan məhkəmədə” ola bilər. Mehmanı dünən jurnalist fəaliyyətinə görə 2005-ci ildə qətlə yetirilmiş Elmar Hüseynovun anım mərasimində gördüm. Əhvalı yaxşı idi. Məhkəməni vaxtını soruşdum. Xahiş etdi gəlməyim. Onsuz da gediləsi məhkəmə çoxdur. Ağır cinayətlər məhkəməsində keçirilən ikinci Nardaran prosesinə getdim. Telefonu bağlamışdım. Açanda Mehmanın həbs xəbərini aldım. Doğrusu, ölkəmizdə adamı təəccübləndirəcək daha bir şey qalmayıb. Hakimiyyət Mehmanı çoxdan gözaltı etmişdi. Onun “korrupsiya seriyaları” çoxlarının rahatlığını pozmuşdu. Bu seriyada göstəriləcək hələ çox yüksək vəzifəli məmur qalmışdı. Bunun qarşısını almaq üçün Mehman həbs edildi. Yuxarıların, korrupsiya piramidasının lap başında duranların göstərişi ilə “Asan məhkəmədə” 2 il müddətinə azadlıqdan məhrum edildi. Həbsini də gülə-gülə qarşıladı. Lap korrupsiya obyektlərin çəkdiyi kimi. Azad sözün özünəməxsus təmsilçisidir Mehman Hüseynov. Onun süjetləri, reportajları, yazıları xalq jurnalistikasının ən parlaq nümunələridir. Elə özü də xalq adamıdır və həbsi də bununla bağlıdır.
Cəmil Həsənli
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz