Mehman Huseynov həbsxanadan mesaj göndərib. Optimizmini itirmir dostumuz.
"Salam dostlar, qəribə səslənsə də, artıq həbsxanadayam. Kimlərsə deyirdi, bura qorxulu yerdi, amma qaqaş canı, elə deyil. Mən sanki böyük Azərbaycandan kiçik Azərbaycana düşmüşəm. O biri Azərbaycanda nə edirdimsə, burda da onu edirəm. Fəaliyyətim davam edir :)
Hətta deyərdim ki, burada, həbsdə olan insanların mənə daha çox ehtiyacları var. Burada onlara hüquqlarının olduğunu başa salıram, çalışıram, onların qayğısına qalım. Elə adamlar var ki, kasıbdırlar, əyinlərində isti paltarları belə yoxdur, üşüyürlər. Bacardığım qədər onlarla paylaşmağa çalışıram. Həyatından küsmüş insanlar var burda. Onlara da başa salıram ki, həyat davam edir. Burda kiçik bir ailəm var, deyib gülürük. Bir sözlə, hər şey bombadır! :)"
-
- İqtisadiyyat
- 14 Mart 2017 12:59
-
- İqtisadiyyat
- 14 Mart 2017 13:06
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz