Kənardan firəvan görünən Gürcüstanda bir mitinqi başqa mitinq əvəz edir. Siyasətçilərin qanuni olaraq seçilmiş prezident Zurabişviliyə və hakim partiyanın faktiki sədri İvanişviliyə siyasi hücumları əlbəyaxa döyüşlərə çevrilir. Bu zaman Gürcüstanda iqtisadiyyatın səviyyəsi, qonşuları ilə müqayisə etsək, yüksəkdir, turizm sürətlə inkişaf edir, makroiqtisadi göstəricilər uğurludur, demokratik dövlət uğurla Avropaya inteqrasiya edir. Gürcülərin, obrazlı şəkildə desək, nəyi çatmır? Əhalinin kütləvi narazılığında günahkar kimdir? Yoxsa, həqiqətdə vəziyyət o qədər də pis deyil, ehtiraslar isə yalnız Tbilisi KİV-lərinin səhifələrində qızışdırılıb? Turan bu suallarla gürcü ekspertlərə müraciət edib.
Bloger Tengiz Ablotiya
- Birincisi, iqtisadiyyat məsələsini siz şişirtmisiniz. İqtisadiyyat kifayət qədər zəifdir, bütün Qafqaz ölkələrində olduğu kimi. Ermənistanda, Azərbaycanda olduğu kimi, sizin neftinizi və qazınızı çıxmaqla. Özü də son illər hökumətin səmərəsizliyi səbəbindən Gürcüstanda bütün istiqamətlərdə tam durğunluq baş verir. Ölkə 2012-2013-cü illərdəki səviyyədə donub qalıb.
Demokratiyaya gəlincə, məhz o olduqda başa düşürsən ki, o, çatışmır.
Gürcüstanın bütün problemləri hakimiyyət üzərində inhisardan irəli gəlir. Gürcüstanın seçki sistemi elə qurulub ki, qalib hakimiyyətin 80%-ni əldə edir, sonra qudurmağa başlayır, nəzarəti və adekvatlığı itirir və ondan əvvəl əldə olunanları korlamağa başlayır.
Hazırki seçki sisteminin mövcud olduğu bir şəraitdə kütləvi qəhrəmanlıq olmadan hakimiyyəti dəyişdirmək qeyri-mümkündür. Müvafiq olaraq, indi seçki sisteminin dəyişdirilməsi və hakimiyyəti sakitcə, küçə iğtişaşları və inqilablar olmadan dəyişdirməyə imkan verəcək seçki sistemi formalaşdırılması uğrunda hərəkat başlayıb. Bu cür islahatlar həyata keçirmək mümkün olsa cəmiyyətin hakimiyyət üzərində nəzarəti daha yüksək olacaq, bu, hakimiyyətin adekvatlığını itirməsinə imkan verməyəcək və s.
- Siyasi fəaliyyətdə cəmiyyətin nə dərəcədə böyük hissəsi iştirak edir? Yoxsa Tbilisidə hər şeyi bir meydan hamının yerinə həll edir? Yəni narazılıq nə dərəcədə yayılıb?
- Kütləvi narazılıq var, amma cəmiyyət hələ böyük çıxışlar üçün yetişməyib. Ümumilikdə yeni seçki sisteminin tərəfdarları çoxdur, belə ki, 30 ildir bu dairəvi vurnuxma hamını bezdirib. Kimisə seçəcəklər, sonra o bütün hakimiyyəti öz əlində cəmləşdirəcək, sonra onu hakimiyyətdən götürmək üçün hamı kollektiv şəkildə əziyyət çəkməlidir.
Politoloq, jurnalist Gela Vasadze
- Bu gün Gürcüstanda baş verənlər siyasi böhran adlanır. Hakimiyyətin proporsional seçki sisteminə keçməkdən imtinası, demək olar ki, seçki sistemində islahatlar vədini yerinə yetirmək tələbində bütün müxalifət və vətəndaş cəmiyyətinin hakimiyyətə qarşı birləşməsinə gətirib çıxarıb. Müxalifət güzəştli alman seçki modelinə keçid təklif edib, paralel olaraq küçə və diplomatik korpus vasitəsilə hakimiyyətə təzyiq göstərir. Və bütün bunlar sosial-iqtisadi problemlərin artması və milli valyutanın məzənnəsinin düşməsi fonunda baş verir. Odur ki, gürcülərə demokratiya və yalnız sosial problemlərin həlli çatışmır.
- Seçkilər müxalifətin tələb etdiyi seçki qanunu ilə keçirilsə keyfiyyətcə yeni vəziyyət yaranacaq? Hakimiyyətə İvanişvili deyil, başqa qüvvə gələcək? Axı, bütün bunlar onu hakimiyyətdən götürmək üçün edilir.
- Əlbəttə, sosioloji sorğular göstərir ki, siyasi partiyaların heç biri parlamentdə əksəriyyət təşkil etməyəcək, bu isə o deməkdir ki, koalisiya hökuməti olacaq. Və əsas sual: İvanişvilinin "Gürcü arzusu" partiyası hakim koalisiyada olacaq, ya müxalifətdə.
- Keçmiş prezident M.Saakaşvilinin qayıtması ehtimalı hamını maraqlandırır. O, indiyədək Azərbaycanda məşhurdur. Bu, mümkündür?
- "Gürcü arzusu" məğlub olarsa, sabiq prezident M.Saakaşvili, çox güman ki, Gürcüstana qayıdacaq. Onun hakimiyyətə qayıtması məsələsi hələlik dəqiq olaraq gündəmdə deyil.
Rəy yaz