Azərbaycanın quru və dənizdə dövlət sərhədlərinin bağlı saxlanmasının sosial-iqtisadi təsirləri
Rəy yaz
Makroiqtisadiyyat
-
Azərbaycanın neft-qaz sektoru yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulunun (ÜDM) yalnız üçdə birini təşkil etsə də, ölkədə neft hasilatının azalmasına baxmayaraq, cari ilin üçüncü rübündə yüksək qlobal neft qiymətləri sayəsində cüzi artım (təxminən 1%) nümayiş etdirib.
-
Azərbaycan iqtisadiyyatı üçün çoxdan vacib olan şaxələndirmə hazırkı situasiyada daha da aktualdır. Lakin rəqabətli mühit olmadan dövlətin inzibati və maliyyə resursları hesabına həyata keçirilən şaxələndirmə siyasəti orta və uzunmüddətli dövrdə dayanıqlı inkişafı təmin edə bilməz. Belə siyasətlər qısa müddətli effektə malik olmaqla daha çox inhisarçı mövqedə olan şirkətlərin hökmranlığını gücləndirməyə xidmət edir.
-
Azərbaycan son illər iqtisadi artımın səviyyəsinə görə yalnız Avropa və Mərkəzi Asiya regional göstəricisindən deyil, həm də inkişaf etməkdə olan ölkələrin ÜDM-nin orta artım tempindən geridə qalır. BMT-nin İqtisadi və Sosial Məsələlər Şöbəsinin iqtisadi təhlil və proqnozları göstərir ki, az inkişaf etmiş ölkələrdə (AİEÖ) iqtisadi artım 2024-cü ildə 4,8 faizə qədər təşkil etməklə ötən illə müqayisədə yüksələcək. AİEÖ-də (least developed countries (LDCs)) 2023-cü ildə ÜDM-in artımı orta hesabla 4,2 faiz olub. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (DÇİEÖ- landlocked developing countries (LLDCs)) ÜDM-in 2024-cü ildə 4,7 faiz artacağı gözlənilir ki, bu da 2023-cü ildəki səviyyəyə yaxındır.[1]
-
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu da təsadüfi deyildir, çünki, son 15 ildə Azərbaycandan ixrac olunan malların ən azı 90 faizini xam neft, neft məhsulları və təbii qaz təşkil edib[1]. Bununla yanaşı ÜDM-in formalaşmasında[2], ölkəyə birbaşa xarici sərmayələrin cəlbində[3], fiskal tarazlığın qorunmasında[4] da neft-qaz sektorunun töhfəsi əhəmiyyətli olub. Azərbaycanın milli valyutasının məzənnəsinin sabit saxlanılmasından[5] tutmuş siyasi[6] və sosial[7] sabitliyin qorunmasınadək bütün səviyyələrdə problemlərin həllində neft və qaz resursları aparıcı faktor kimi çıxış edib. Siyasi dividentlərə görə 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı ilə “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayıb[8].
1 rəy
Elyar Huseynov
2024-10-16
Salam Axsaminiz xeyir