Fransa Senatı hökumətə Dağlıq Qarabağı tanımağı tövsiyə etdi
Bakı/25.11.20/Turan: Fransa Senatı Dağlıq Qarabağın tanınması barədə 25 Noyabr axşamı qərar qəbul edib. RİA Novosti xəbər verir ki, 305 deputat sənədin lehinə, 1 nəfər əleyhinə səs verib.
Qətnamə məruzəçisi, senator Bruno Retayonun qeyd edib ki, “Dağlıq Qarabağda baş verənlər fransızlara da aiddir, çünki Türkiyə buna qarışır”.
Ərdoğan “ekspansionist, neo-Osmanlı və islamçı siyasət yürüdür”, bu, Fransanın maraqlarına zidd olan dünya təhlükəsizliyi üçün bir təhdiddir.
Qeyd edək ki, sənəddə "Türkiyə hakimiyyəti və xarici muzdluların dəstəyi ilə həyata keçirilmiş Azərbaycanın hərbi təcavüzü” və eyni zamanda” Azərbaycan silahlı qüvvələrinin və onların dəstəkləyici birləşmələrinin 27 sentyabrda döyüş əməliyyatları başladıqdan sonra işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsi tələb olunur" pislənilir.
Fransa hökumətindən Qarabağ əhalisinə geniş miqyaslı dəstək verilməsi, habelə Dağlıq Qarabağda mülki əhaliyə qarşı “müharibə cinayətlərinin araşdırılmas”ı üçün beynəlxalq komissiya təşəbbüsü tələb olunur.
Nəhayət, sənəd Fransa hökumətini "1994-cü ildə müəyyən edilmiş sərhədləri təmin etməklə" danışıqlar prosesini bərpa etmək, eləcə də erməni əhalisinin təhlükəsizliyini və köçkünlərin qayıtmaq hüququnu təmin etmək üçün hər cür səy göstərməyə çağırır. -02B-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz