Açiq mənbələrdən foto.
Bir qrup müharibə veteranı pensiyadan məhrum olduğundan şikayətlənir
Bakı/19.11.21/Turan: Noyabrın 19-da Birinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşıb. Onlar artıq neçə aydır ki, əlilliyə görə pensiyaların verilməməsinə etiraz ediblər.
Aksiyaya digər şəxslər də qoşulublar, onlar əlilliyə görə pensiyadan məhrum olduqlarını bildiriblər.
Polis aksiyanın qarşısını alıb. Bəzi iştirakçılar polis maşınlarına oturdularaq ərazidən çıxarılıb.
Amma etirazçıların bir hissəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul ediblər.
Bu qurumdan şərh almaq mümkün olmayıb.
Bu il hakimiyyət əlilliyin verilməsi qaydalarına yenidən baxıb, bu səbəbdən fiziki imkanları məhdud şəxslərin bir hissəsi müavinətdən məhrum olub.—06D-
-
- İqtisadiyyat
- 19 Noyabr 2021 13:23
-
- Çətin sual
- 19 Noyabr 2021 14:04
Cəmiyyət
-
Noyabrın 28-də Bakıda və Abşeronda yağış yağacağı gözlənilir, Milli Hidrometeorologiya Xidmətinin sinoptikləri bildiriblər. Lakin Bakıda yağışla bağlı bugünkü proqnoz özünü doğrultmayıb.
-
Talış tarixinin tədqiqatçısı, həbsdə olan İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi daha bir beynəlxalq kinofestivalda ən yaxşı filmlər siyahısına daxil edilib.
-
Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir “Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək. Beynəlxalq təlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.
-
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib. Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.
Rəy yaz