Media reyestri. Kimlər jurnalist hesab olunmayacaq? – Ələsgər Məmmədli Çətin sual qarşısında
Bakı/28.09.22/Turan: Prezident İlham Əliyev sentyabrın 26-da Media Reyesterinin aparılması Qaydalarını təsdiq edib. Fərmana görə, Medianın İnkişafı Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Yeni qaydalara görə, ali təhsili olmayan şəxslərin jurnalist fəaliyyəti məhdudlaşdırıla bilər. Eyni zamanda reyestrə ən azı 3 il stajı olan şəxslərin daxil edilməsi nəzərdə tutulur. Bundan başqa media işçilərinin ölkədə daimi yaşayan olması da vacibdir.
Media reyestri jurnalistlərin fəaliyyətinə necə təsir edəcək?
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/c/TuranAgentliyi
Facebook səhifəsinin ünvanı:
Çətin sual
-
Müsavat Partiyasının başqanı İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində gündəmi şərh edir.
-
2025-ci il dövlət büdcəsi, Vergi Məcəlləsinə dəyişikliklər, gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarı, DSMF-nin 2025-ci il üçün büdcə layihəsi haqda iqtisadçı REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Azərbaycandakı son həbslər, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı baş verən proseslər, beynəlxalq təşkilatların və Qərbin baş verənlərə münasibəti barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Azərbaycandakı son həbslər, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı baş verən proseslər, beynəlxalq təşkilatların və Qərbin baş verənlərə münasibəti barədə Azər Qasımlının həyat yoldaşı, siyasi-psixoloq Samirə Qasımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz