Açiq mənbələrdən foto.
İran səfirliyi: Bakıya qarşıdakı təlimlər barədə məlumat verilib
Bakı/19.10.22/Turan: İran Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri (bu yaxınlarda Ermənistanla sərhəddə başlayıb) İran Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir. Bu barədə Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsinin səbəbilə bağlı Turan agentliyinin sorğusuna cavab olaraq İranın Bakıdakı səfirliyinin 19 oktyabr tarixli məlumatında deyilir.
“Azərbaycan Respublikası ilə dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. Bu notadan əlavə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytant Baqerinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda bunlar həmin təlimlərdə yerinə yetirilir”, - məlumatda qeyd olunur.
“İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlər daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, - məlumatda deyilir.02B
-
- Maliyyə
- 19 Oktyabr 2022 13:27
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz