Fransa Senatı Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan və Dağlıq Qarabağın tanınmasına çağıran qətnamə qəbul edib
Bakı/15.11.22/Turan: Noyabrın 15-də Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul edib və Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif edib.
“Qətnamədə həmçinin:
- Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasını və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir;
- bütün erməni hərbi əsirləri azad etməyə və öz vətənlərinə qaytarmağa çağırır;
- Fransa hökumətini avropalı tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycan hakimiyyətinin əmlakına qarşı diplomatik və iqtisadi tədbirlər və sanksiyalar tətbiq etməyə, habelə Azərbaycandan qaz və neft idxalına embarqo qoymağa dəvət edir;
- Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyini təsdiq edir və hökuməti Dağlıq Qarabağda humanitar ofis yaratmağa dəvət edir;
- hökuməti Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək imkanlarını nəzərdən keçirməyə dəvət edir”. -0-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:18
- 345
Rəy yaz