Arxiv

Arxiv

Bakı/16.01.22/Turan: Turan biznesmen Əfqan Zeynalovun öz şirkətinin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayanı guya ona məxsus 720 min manatı oğurlamaqda ittiham etməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən gedən prosesdən reportajların dərcinə davam edir. Məbləğ dollarla keçir və manata çevrilib.

Yanvarın 16-da məhkəmə Nelli Fabriçnaya ilə dostluq münasibətində olan şahid Yana Şirəliyevanın ifadəsini dinləyib. Şirəliyeva “Akkord” holdinqdə kadrlar üzrə mütəxəssis işləyir, onun Zeynalovun şirkətinə birbaşa aidiyyatı yoxdur. O, “Murov” şirkətində baş verənlər barədə Fabriçnayanın anlatdıqlarından bilir.

Şahidə sualları Zeynalovun vəkili İlhamə Həsənova verib. Suallar o qədər çox olub və  istintaq mərhələsində məlum olan halları təkrarlayıb ki, hakim vəkilin sözünü kəsərək onun vəsatətini təmin etməyib. İclasın sonunda İ.Həsənova hakim Faiq Qəniyevi qanunu pozmaqda ittiham edib, o isə vəkildən mübahisə etməməyi tələb edib.

Yana Şirəliyevanın sözlərindən məlum olub ki, Nelli “Murov” şirkətində baş verənləri onunla bölüşüb, müdirin Fabriçnayanın atasının evində quraşdırdığı seyfdən külli miqdarda pulun oğurlanması barədə danışıb. Şirəliyeva Zeynalovun niyə tanımadığı şəxsin evinə seyf qoyduğunu hələ də başa düşməyib. Söhbətlərdən məlum olun ki, şübhələr təmizlikçi Mehriban Atakişiyevanın üzərinə düşür. Söhbət 200 min manat itkidən gedirdi, - şahid deyib, - Üstəlik, Yananın  nə manatdan, nə də dollardan xəbəri var.

Şirəliyeva Fabriçnayadan 4 min  manat borc alıb, pulu qaytarıb. Fabriçnaya ona öz xəstəliyindən və şefin xəstəliyindən danışıb, hansı dərmanlarla müalicə olunduqlarını deyib. Bilir ki, Nelli Mehribana 30 min manat dəyərində kondisioner və ev avadanlığı alıb. O, Fabriçnayanın pul oğurlaya biləcəyinə heç vaxt inanmazdı.

Şahid Nelli ilə Rauf Zülfüqarov arasında şəxsi münasibətdən xəbərdar olub. O, şirkətdə pul oğurluğuna dair müzakirələrin iştirakçısı olub, bu söhbət və digər hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib.

Hakim qeyd edib ki, prinsipcə, Şirəliyevanın dedikləri istintaq zamanı verdiyi ifadədən fərqlənməyib. Hakim qərara alıb ki, şahidin dindirilməsinin davam etdirilməsinin mənası yoxdur və istintaq zamanı onun verdiyi bütün ifadələri tam oxumaqdan imtina edib.

Gün vəkil İ.Həsənovanın açıqlaması ilə başa çatıb. O deyib ki, Nelli həbsdə olduğu və hesablardan istifadə etmədiyi üçün bir neçə Azərbaycan bankı Fabriçnayanın telefonuna bildiriş göndərib ki, onun hesabları bağlana bilər. Vəkil hesablarda saxlanılan pulun məbləğinin müəyyən edilməsi tələbilə məhkəmədən həmin banklara sorğu göndərilməsi barədə vəsatət qaldırıb. O hesab edir ki, Fabriçnaya oğurlanmış pulları bu hesablar vasitəsilə ölkədən çıxara bilərdi. Lakin hakim Qəniyev onun istəyini zəhmət tələb edən, icrası uzun sürən bir iş kimi qiymətləndirib. O, Həsənovanın sorğusunun müzakirəsini növbəti iclasa saxlayaraq, tərəfləri bu barədə düşünməyi təklif edib.

Bununla bağlı vəkil vəsatətin təmin edilməsindən imtinanın əsaslandırılmasını tələb edib: “Bu, məhkəmə deyil, absurddur. Nəzərinizə çatdırıram ki, hakim qanunu pozur”. Məhkəmənin sədri Qəniyev onun sözlərinə reaksiya verməyib.

Bu proses barədə əvvəlki məqalələr:

Şübhəli məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Turan agentliyinin ünvanına ittihamlar səslənib

Şahidlər “Murov” şirkətində pul oğurluğunu təsdiqləmirlər

Bəzi məhkəmələr humanistləşdirilmə ilə bağlı prezidentin sərəncamını icra edirlər, bəziləri yox

Şübhəli məhkəmə: İttihamçının bacısı prosesə kidneppinqlə bağlı yeni detektiv qeydləri təqdim edib

İttihamçı Zeynalov məhkəmədən işin yeni istintaqa qaytarılmasını xahiş edir

Ağır Cinayətlər Məhkəməsində ittihamçı hakimin yanında şahidi hədələyib

Nelli Fabriçnayanın işi üzrə məhkəmədə okkultist ortaya çıxıb

İttiham tərəfinin yeni vəkili öz müvəkkilinə qarşı faktları üzə çıxarır

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti