ABŞ Dövlət Departamenti Azərbaycanda ciddi insan haqları pozuntularını qeyd edir
Vaşinqton/Turan: ABŞ Dövlət Departamenti Azərbaycanda qeyri-qanuni və ya özbaşına qətllər, işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlər və bununla bağlı sui-istifadə hallarını, habelə ölkədəki həbsxanalarda ağır şərait faktları qeyd edir. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bu barədə Dövlət Departamentinin insan haqları üzrə illik hesabatında deyilir.
Dövlət Departamentinin 2022-ci il İnsan Hüquqları Hesabatı əsassız həbslər, siyasi məhbuslar, ölkədən kənarda siyasi motivli repressiyalar, müstəqil məhkəmə sisteminin olmaması, şəxsi həyatın toxunulmazlığına qanunsuz müdaxilə, söz və media azadlığına ciddi məhdudiyyətlər və digər insan hüquqları pozuntularını aşkar edir.
Hesabatda həmçinin jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin böhtan və şübhəli ittihamlarla təqib və həbs edilməsi, internet azadlığının məhdudlaşdırılması, o cümlədən vebsaytların bloklanması, dinc toplaşmanın de-fakto qadağası, birləşmək və hərəkət azadlığına əhəmiyyətli müdaxilə də qeyd olunur toxunulur.
Hesabatda hökümətin sistemli korrupsiyasına və gender zorakılığa görə tədbir olmamasına da istinad edilir.
Hökumət “insan hüquqlarının pozulmasına və korrupsiya əməllərinə yol verdiyi bildirilən əksər məmurları təqib etmir və cəzalandırmır; cəzasızlıq problem olaraq qalır”, - hesabatda deyilir.
İl ərzində Ermənistanla Azərbaycan arasında insan tələfatı və həbslərlə nəticələnən zorakılıq hadisələri baş verib. “2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmasında irəliləyişlə bağlı heç bir məlumat yoxdur”, - deyə hesabatda bildirilir.
Dövlət Departamentinin brifinqində çıxış edən dövlət katibi Entoni Blinken deyib: “Biz heç kimlə mübahisə etmirik, bəzən açıq danışırıq, bəzən də bunu özəl edirik. Hər bir halda biz insan hüquqlarının təbliğində və insan ləyaqətinin yüksəldilməsində dəstək olmağa çalışırıq”.
Dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə köməkçisi vəzifəsini icra edən Erin Barklay TURAN müxbirinin Bəxtiyar Hacıyev, Əli Əliyev, Gürcüstanda eks-prezident Saakaşvili və bir çox başqaları kimi siyasi məhbusları azad etmək üçün alətə malik olub-olmadığını soruşduqda deyib: "Biz mütəmadi olaraq siyasi məhbuslarla bağlı məsələləri qaldırırıq və bunu gələcəkdə də edəcəyik". -0-
Siyasət
-
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən verdiyi şikayətinə baxılıb.
-
Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabitləri etiraz aksiyası keçiriblər.
-
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.
-
Həbsdə olan iqtisadçı alim Fazil Qasımov noyabrın 16-da ailəsi ilə telefon danışığının kəsilməsinə etiraz etdiyinə görə təzyiqə məruz qalıb.
Rəy yaz