ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü "mümkün qədər erkən tarixə" keçiriləcək
Vaşinqton/14.06.23/Turan: Çərşənbə axşamı Dövlət Departamenti bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti raundunun "mümkün qədər erkən tarixə "keçiriləcəyinə" ümid edir", - rəsmi nümayəndə Metyu Miller gündəlik brifinqdə deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Biz Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionu üçün dinc dialoq aparmağa davam edirlər", -Miller Turan-ın müxbirinə deyib.
"Daha əvvəl dediyimiz kimi, hesab edirik ki, birbaşa dialoq qalan məsələlərin həlli üçün açardır. Hesab edirik ki, razılaşmanın əldə edilməsi mümkündür", - o deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün bu bazar ertəsi Vaşinqtonda keçiriləcəyi gözlənilirdi.
Turan-ın “Görüş tarixinin təxirə salınması danışıqlar prosesinin vəziyyətini və tərəflər arasında fikir ayrılıqlarını əks etdirirmi” sualının cavabında Miller deyib ki: "Heç də yox... Bu, 100 faiz planlaşdırma problemlərilə əlaqədardır".
Mətbuat katibi hər hansı müddət təklif etməkdən çəkinərək qeyd edib ki, "görüşü yenidən keçirməyi səbirsizliklə gözləyirik".
Aleks Raufoğlu
-
- Dünyada
- 14 İyun 2023 10:17
Siyasət
-
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Yerevanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir. Bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin öz etimadnamələrini təqdim etməsi mərasimində bildirib.
-
"Azərbaycan əhalisi tələdədir. Hava limanı olmadan başqa yolla ölkəyə giriş-çıxış edə bilmir. Hətta oraya getməli olsaydım belə, bunu etməzdim. Rejimi legitimləşdirmək istəmirəm”. Bu barədə İsveçin təbiəti mühafizə sahəsində fəalı Qreta Tunberq “Blankspot” nəşrinə müsahibəsində bildirib. O, Tbilisiyə gedib, oradan Ermənistana getmək niyyətindədir. COP29 iqlim sammitindən heç bir gözləntisi yoxdur.
-
Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin Avropa İttifaqında səfiri Vaqif Sadıqov və Ermənistanın Avropa İttifaqında diplomatik nümayəndəliyinin rəhbəri Tiqran Balayan arasında münaqişənin olması ilə bağlı “Politico” saytının yaydığı xəbəri Turan-a aydınlaşdırmaqdan imtina edib. Nazirlik, sadəcə, təsdiqləyib ki, “Politico” həqiqətən Azərbaycan səfirilə ünsiyyətdə olub və o, xarici KİV-ə bildirib ki, Balayanın söylədiklərinin hamısı yalandır.
-
Noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı dövlət başçılarının 11-ci sammitində iştirak etmək üçün Qırğızıstana gedib.
Rəy yaz