Photo TURAN.
ABŞ Laçın yaxınlığında atışmadan "narahatdır"
Vaşinqton/16.06.23/Turan: Cümə axşamı Dövlət Departamenti Laçın rayonunda Ermənistan-Azərbaycan sərhədində atışma ilə bağlı son hadisələrə reaksiya verib.
"Biz, Ermənistan-Azərbaycan sərhədi boyunca Laçın yaxınlığında atışmanın şəxsi heyətin yaralanmasına səbəb olmasından çox narahatıq",- rəsmi nümayəndə Metyu Miller Turan-ın Vaşinqton müxbirinə bildirib.
"Biz öz bəyanatımızı təsdiqləyirik ki, tərəflər sərhəd boyunca döyüşlərdən çəkinməlidirlər və tərəflər möhkəm və layiqli sülh sazişinin bağlanması üzərində işlədikləri üçün Laçın dəhlizindən azad və açıq tranzit bərpa olunmalıdır", - o deyib və əlavə edib:"Biz tərəflərin tezliklə görüşünü səbirsizliklə gözləyirik".
Cümə axşamı səhər Azərbaycan bildirib ki, Laçın yaxınlığındakı blokpost hücuma məruz qalıb, nəticədə bir sərhədçi yaralanıb. Ermənistan da öz növbəsində bildirib ki, "Azərbaycanın Ermənistan ərazisində öz bayrağını qaldırmaq cəhdi nəticəsində" onun sərhədçilərindən biri yaralanıb.
İnsident barədə məlumatlar fonunda Rusiya sülhməramlıları və Qırmızı Xaç kolonları blokpostdan keçə bilməyiblər.
Bu, Yerevanın Naxçıvanla sərhəddə insident barədə məlumat verməsindən bir gün sonra baş verib. Ermənistanda Amerika investisiyaları ilə inşa edilən poladtökmə zavodunda çalışan iki nəfər Hindistan vətəndaşı yaralanıb.
"Biz Azərbaycan tərəfdən atəş nəticəsində Ermənistandakı ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının yaralanmasından çox narahatıq", - Metyu Miller Tvitterdə yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tvitterdə cavab verib: "Biz Ermənistanda tikilən metallurgiya zavodundakı mülki işçilərə qarşı əsassız ittihamları rədd edirik. Bir qayda olaraq, bu, Ermənistanın çaşqınlıq yaratmaq və diqqəti öz hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirindən yayındırmaq üçün növbəti uydurmasıdır".
Cümə axşamı mətbuat konfransı zamanı Turan-ın Vaşinqton müxbiri Millerdən insidentlə bağlı Vaşinqtonun narahatlığı barədə danışmasını xahiş edib.
"Mənim bu vəziyyətlə bağlı hələ də narahat olduğumuzu söyləməkdən başqa təklif edəcəyim bir şey yoxdur və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq", - o deyib.
Son günlərdə ümumi sərhəddə yenidən baş verən qanlı toqquşmalar ABŞ-ın vasitəçiliyilə sülh danışıqlarının pozula biləcəyilə bağlı narahatlıq yaradıb.
Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün təşkili üzərində işləyir. Görüşün yeni tarixinə gəlincə, "bunu etmək imkanımız olanda elan edəcəyəm",- Miller Turan-ın müxbirinə deyib. 0
-
- Qafqaz
- 16 İyun 2023 11:16
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz