Elçin Sadıqovun Vəkillər Kollegiyasında üzvlüyü dayandırılıb
Bakı/07.07.23/Turan: Iyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.
Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilən vəkillərdən biri Elçin Sadıqovdur. Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.
Sadıqov Turana bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.
“Son vaxtlar işgəncələrə qarşı çıxırdım. Facebook səhifəsində işgəncə faktlarını ictimailəşdirirdim ki, bunun qarşısını ala bilim. Bir neçə vətəndaşın da azảdlığına nail olmuşdum. Ona görə də göstəriş gəlib ki, məni kollegiyadan çıxarsınlar”, o qeyd edib.
Vəkil bildirib ki, Rəyasət Heyəti intizam icraatına onun iştirakı olmadan baxıb.
“Həm də özü özünə etiraz etməli şəxs intizam icraatını aparıb. Ona görə müraciət edəcəm ki, intizam icraatını təkrar aparsınlar”, o qeyd edib.
Öz növbəsində Vəkillər Kollegiyasından Turana bildirblər ki, Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri “tamamilə həqiqətə uyğun deyil, yalandır”.
“Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərkətlərə görə qərar qəbul edib. Eynulla Fətillayev kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib”, kollegiyadan Sadıqovun bu il martın 28-də facebook səhifəsində yazdığı statusa istinad etdiklərini bildirblər.
Öz növbəsində Eynulla Fətullayevin rəhbəri oldu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib.
“Xatırladaq ki, vəkil Elçin Sadıqov həbsdə olan iş adamı, “Baku Steel Company” metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallıya 20 min manat rüşvət verməkdə təqsirli bilinib. Lakin bir neçə gün sonra Əvəz Zeynallı Rasim Məmmədovun fəaliyyətini tənqid etməkdə davam edib. Rasim Məmmədovun yaxın dostu, jurnalist Fətullayev Elçin Sadıqovla Əvəz Zeynallı arasında rüşvətin verilməsinin təfərrüatları və jurnalistin üzərinə götürdüyü öhdəliklərin müzakirə edildiyi söhbətin audio yazısını yayıb. Səs yazısı ictimailəşdikdən sonra jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb. Vəkil ifadəsində jurnalistin iş adamını tənqid etməyəcəyi üçün Əvəz Zeynallıya 20 min manat rüşvət verdiyini təsdiqləyib. Lakin Zeynallı “centlmen sövdələşməsini” pozub. Hadisədən dərhal sonra jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına müraciət edərək peşə fəaliyyətini kobud şəkildə pozan vəkil Sadıqovun barəsində tədbir görülməsini istəyib”, xəbərdə qeyd olunub.-0-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz